Şəmkir şəhərində yanğın olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 400 m² olan istixananın polietilen üzlüyü 100 m² sahədə yanıb. İstixananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.