Ağstafada yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə  istiqamətində hərəkətdə olan "QAZEL" markalı yük maşını "VAZ 2107 " markalı minik avtomobilinə arxadan çırpılıb.

Qəza nəticəsində "VAZ 2107 " yoldan çıxaraq aşıb. "VAZ"ın  sürücüsü xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov