Gəncədə yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə Gəncəçayının üzərində yerləşən körpüdə qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı minik avtomobil idarəetmədən çıxaraq yol kənarındakı məhəccərlərə çırpılıb. Qəza zamanı 1 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov