Bakının Sabunçu rayonunda yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, Abbasov Ramin Misir oğlu idarə etdiyi “Mercedes” markalı avtomobil ilə hərəkətdə olarkən piyada 1985-ci il təvəllüdlü Şirəliyeva Arzu Abasqulu qızını vurub və piyada xəsarət alaraq hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.