Gəncədə qəza olub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Totanlı darəsi adlanan ərazisində qeydə alınıb. Hərəkətdə olan iki "VAZ" markalı minik maşını toqquşub. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov