22.07.2025-ci il tarixində saat 03:10 radələrində 2 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, onlara başın səthi travması, beldən aşağı hissənin və çanağın əzilməsi diaqnozları təyin olunub. Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
*** 08:55
Göygöl rayonunun Aşıqlı kəndində yerləşən restoranlardan birində iki yeniyetmə döyülüb.
"Unikal"ın məlumatına görə, 2009-cu il təvəllüdlü R.Mustafayev və onun həm yaşıdı İ.İsmayılov müxtəlif bədən xəsarəti ilə xəstəxanaya aparılıb.
Onlara ilkin tibbi yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, yeniyetmələr Aşıqlı kəndində yerləşən restoranların birində bir neçə nəfər tərəfindən döyülüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov