Yevlaxda bıçaqla yaralanma hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Çənlibel qəsəbəsində qeydə alınıb. Aralarında ədavət olan 1962-ci il təvəllüdlü Mirzəyev İlham Məmmədiyə oğlu və 1978-ci il təvəllüdlü Kərimov Habil Kərim oğlu sərxoş halda mübahisə ediblər. İ.Mirzəyev həmsöhbətini arzuolumaz davranışlarda ittiham edərək bıçaqla sifətinə vurmaq istəyib. Habil Kərimov zərbədən yayınmaq istəyərkən boğazından xəsarət alıb və yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov