Şəmkirdə qəza olub.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "MAN "markalı yük avtomobili "Mercedes" markalı mikroavtobusa arxadan çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov