Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinin tələblərinə uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə qanunsuz tikinti və torpaq zəbtinə qarşı nəzarət tədbirləri planlı şəkildə davam etdirilir.

"Unikal" xəbər verir ki, bu çərçivədə, 2025-ci ilin 29 iyul tarixində Qaradağ rayonunun qəsəbələrində aparılmış növbəti monitorinq zamanı sakinlər tərəfindən qanunsuz şəkildə zəbt olunmuş torpaq sahələrində tikinti işlərinin aparıldığı müəyyən edilib.  Aşkar edilmiş qanunsuz tikililərlə bağlı dərhal müvafiq tədbirlər görülüb, həmin tikintilər dayandırılmış və söküntü işləri həyata keçirilib.

Qaradağ Rayon İcra Hakimiyyəti bir daha bildirir ki, rayon ərazisində qanunsuz tikinti və torpaq zəbtinə qarşı mübarizə qətiyyətlə davam etdiriləcəkdir. Şəhərsalma qanunvericiliyinə zidd halların qarşısının alınması məqsədilə monitorinqlər və nəzarət tədbirləri gələcəkdə də ardıcıl olaraq həyata keçiriləcəkdir.