Qaqauziya muxtar bölgəsinin başqanı Yevgeniya Qutsul 7 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmünün dərhal icra olunması qərara alınıb.
"Unikal" xəbər verir ki, bu barədə siyasətçinin vəkili Natalya Bayram TASS agentliyinə açıqlama verib.
“Məhkəmə zalından birbaşa həbsxanaya aparılacaq. Hökm dərhal icra olunacaq”,- deyə vəkil bildirib.
Hadisə ilə eyni vaxtda Kişinyovda Qutsulun tərəfdarları ilə polis arasında qarşıdurmalar yaşanıb. Etirazçılar məhkəmə qərarına etiraz etsələr də, hüquq-mühafizə orqanları aksiyanı dağıtmaq üçün müdaxilə edib.
Yevgeniya Qutsul son aylarda Moldovada mübahisəli siyasi fiqura çevrilmişdi və barəsində istintaq aparılırdı. Lakin tərəfdarları onun siyasi sifarişlə təqib olunduğunu iddia edir.
Gülayə Mecid