Avqustun 11-də Xocalı rayon Malıbəyli kəndi ərazisindəki  sökülmüş mərmər zavodunda yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"a bildirilib ki, araşdırmalarla yanğının 1998-ci il təvəllüdlü Ərşad Qasımovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. 

Ə. Qasımov polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.