Gəncədə yaşayış evindən 16 yaşlı oğlanın meyiti tapılıb.
"Unika"ın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən evlərin birində baş verib.
2009-cu il təvəllüdlü N.Səfərovun yaşadığı evdən meyiti aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Məlumata görə, N.Səfərov 9-cu sinif şagirdi olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov