Ağdərədə yanğın hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Sırxavənd kəndində qeydə alınıb. Belə ki, kənd ərazisində yerləşən meşə zolağında anidən yanğın başlayıb.
Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdərə, Ağdam və Tərtər rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Əraziyə FHN-nin helekopteri də cəlb edilib.
Tural Əhmədov