İsrailin Baş naziri Binyamin Netanyahu 7 oktyabr 2023-cü ildə başlayan hücuma görə məsuliyyət daşıyanların ya ölkələrdən qovulmasını, ya da məhkəmə qarşısına çıxarılmasını tələb edib.

"Unikal" xəbər verir ki, o, açıqlamasında 9 sentyabrda İsrailin hava zərbəsinə məruz qalan Qətəri də hədəf göstərib.

Onun açıqlaması İsrail hökumətinin saytında yayımlanıb.

“Mən Qətərə və terrorçuları gizlədən bütün ölkələrə deyirəm: ya onları qovun, ya da ədalət qarşısına çıxarın. Əks halda bunu biz edəcəyik.”, - Netanyahu deyib.