Alı Qocayev “Unikal”a partlayan bina ilə bağlı açıqlama verdi
12:39 15-02-2014
CƏMİYYƏT
Alı Qocayev “Unikal”a partlayan bina ilə bağlı açıqlama verdi
“Mənim belə bir obyektim heç vaxt olmayıb”
Fevralın 13-də Bakı metrosunun "Azadlıq" stansiyası yaxınlığında güclü partlayış baş vermişdi.
Yarımçıq tikilidə baş verən partlayış nəticəsində tikili uçub, bundan başqa, partlayışın gücündən yaxınlıqdakı binaların, iaşə obyektlərinin və "Şahənşah" şadlıq sarayının pəncərələrinin şüşələri sınıb. Partlayış anında yaxınlıqdakı dayanacaqda dayanmış 13 nömrəli avtobusa da ziyan dəyib.
Məlumatlara görə, hadisə nəticəsində 4-ü qadın və 1-i kişi olmaqla ümumilikdə 5 nəfər yaralanıb və onlar xəstəxanaya çatdırılıb. İlkin versiyaya görə, partlayışa tikilinin zirzəmisində qaz sızması səbəb olub. Partlayışın təsiri, əsasən, Süleyman Sani Axundov küçəsindəki 1b və 3b binalarında hiss olunub. Partlayış baş verən yarımçıq tikilinin Binəqədi rayonunun keçmiş icra başçısı Alı Qocayevə məxsus olduğu bildirildi. Amma “Unikal”a açıqlama verən Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev isə deyilənləri təkzib etdi: “Mənim heç vaxt belə obyektim olmayıb və bu yazılanları anlaya bilmirəm. Mən Binəqədidə icra başçısı olan zaman həmin tikintini “Bakımetrotikinti” idarəsi tikirdi və mən o tikintini dayandırtdım. Daha sonra nələr olmasından xəbərim yoxdur. Bir daha deyirəm ki, o tikinti ilə mənim heç bir şəkildə bağlılığım yoxdur. Deyilənlər, sadəcə, yalandır .
İlkin Rzazadə
Digər Xəbərlər
2024-12-26 11:04:45
2024-12-26 10:40:22
2024-12-26 10:33:02
2024-12-26 10:28:25
2024-12-26 10:18:45
2024-12-26 09:46:20
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 09:05:05
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19