Bakının mərkəzində ölüm dolaşır
11:13 18-02-2014
CƏMİYYƏT
Bakının mərkəzində ölüm dolaşır
Qəzalı binanın sakinlərinin səsini eşidən olacaqmı?
Bakının mərkəzində yaşayan sakinlər qəzalı binalarının taleyindən narahatdırlar.
Sakinlər müraciət edərək problemlərinə kömək istəyirlər: "Xaqani küçəsi 42 və Puşkin küçələrinin kəsişməsində yerləşən dördmərtəbəli yaşayış binasının eyvanları uçmaq üzrədir. Binanın Xaqani küçəsinə baxan eyvanlarının vəziyyəti çox acınacaqlıdır. Hər dəfə yağış və küləkdən sonra eyvanlardan daş və ya beton konstruksiyalardan olan parçalar yerə düşür. Xoşbəxtlikdən, hələ xəsarət alan olmayıb, amma park edilən maşınlara cüzi ziyan dəyib". Sakinlərin yazdığı məktubda deyilir ki, bütün aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi yoxdur.
Səbail Rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri İsrafil Kərimov bildirdi ki, rayon ərazisində damı, fasadı, eyvanı qəzalı vəziyyətdə olan binaların siyahısı hazırlanıb. Həmin binaların şəkilləri çəkilib, təftiş olunub və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinə göndərilib. Həmin binaların təmiri üçün Səbail Rayon İcra Hakimiyyətinə maliyyə vəsaiti ayrılmadığından BŞİH-nin MKTD tərəfindən növbəli şəkildə təmir ediləcək.
Şöbə müdirinin sözlərinə görə, əvvəllər mərkəzdə olan binaların əksəriyyəti qəzalı vəziyyətdə idi. Artıq onların böyük hissəsi təmir olunub, fasadları, dam örtükləri və eyvanları yenidən qurulub.
Anar Məmmədov
Digər Xəbərlər
2024-12-26 09:43:56
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22