Məşhur yazıçılar bir-birlərini necə "iynələyiblər"?
Məşhur yazıçılar bir-birlərini necə "iynələyiblər"?

Azərbaycanda yazıçıların bir-biri haqqında tənqidi fikirlər səsləndirməsi dözülməzlik kimi qəbul olunur. Ədəbi qalmaqallara, polemikalara yol açan fikirlər, tənqidlər top-tüfənglə qarşılanır, halbuki bu, ədəbi prosesi canlı və diri tutmaq üçün vacibdir.
İnanmırsınız? Elə isə buyurun, dünya ədəbiyyatına möhürünü vurmuş yazıçıların bir-birinin ünvanına zaman-zaman nələr söylədiyilə tanış olun.

(əvvəli 15 fevral tarixli "Qələmdan"da)

Qor Vidal Aleksandr Soljenitsın haqqında: "O, pis yazıçıdı, üstəlik də, axmağın birisidi. Amerikada bu cür calaqlar adama adətən məşhurluq gətirir".
Mark Tven Ceyn Ostin haqqında: "Hesab eləmirəm ki, mən başqa müəllifləri tənqid etmək hüququna malikəm. Buna yalnız hiddət məni boğanda əl atıram. Mənim tez-tez ürəyimdən Ceyn Ostini tənqid etmək istəyi keçir. Onun kitabları məni elə həddə gətirir ki, özümə nəzarəti belə, itirirəm. Elə oxumağa başlayan kimi dayanmalı oluram. "Qürur və əminlik" əsərini hər dəfə oxuyanda, onun (Ostinin) meyitini qazıb çıxarıb, həmin o baldır sümüyünü onun öz kəlləsinə vurmaq istəyirəm".
Henri Ceyms Edqar Allan Po haqqında: "Poya məhəbbət - insanların ibtidai dönəmlərdən bəri reflekslərə meyilli olmasının təzahürüdü".
Bayron Con Kits haqqında: "Budur Kitsin altını batıran şeiri və Allah bilir, kim tərəfindən yazılan üç roman... Yalvarıram, bundan artıq Kits olmasın. Canlı-canlı dərisini soyun onun! Əgər siz eləməsiniz, özüm edəcəm. İnsanın uşaq axmaqlığı etməyinə dözə bilmirəm".
İlvin Vo Marsel Prust haqqında: "Prustu ilk dəfə oxudum. Olduqca zəif idi. Düşünürəm ki, ruhi problemləri var..."

(davam edəcək)