Azərbaycanda turizm qiymətlərinin tənzimlənməsi lazımdır
12:36 22-02-2014
CƏMİYYƏT
Azərbaycanda turizm qiymətlərinin tənzimlənməsi lazımdır
"Azərbaycan vətəndaşlarının alıcılıq qabiliyyətini nəzərə alaraq qiymətlərin tənzimlənməsi turizm sahəsində də lazımdır". Bu barədə Xaçmazda jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib.
Onun sözlərinə görə, bu məsələ 3 il öncə gündəmə gəlib: "Təxminən iki il müddətində - 2012-2013-cü illərdə biz qiymətlərin artırılmasına imkan vermədik. Hətta üç il öncə bu məsələ qalxanda biz qiymətlərin 20 faiz aşağı düşməsinə nail olduq".
Nazir bildirib ki, bu siyasət davamlı olacaq: "Qiymətlərin enməsi rəqabətin və xidmətin səviyyəsindən asılıdır. Nə qədər ki, rəqabətə davamlı təşkilatlar olacaq, o zaman qiymətlər də aşağı düşəcək".
Nazir vurğulayıb ki, bu sahənin inkişafı üçün dövlət proqramı nəzərə tutulub. Proqrama əsasən, ölkənin müxtəlif yerlərində xüsusi turizm zonaları yaradılacaq: "Turizm zonasının inkişaf konsepsiyası sərmayəçilərə imkan verəcək ki, onlar həmin ərazidə dövlət qanunlarına uyğun olaraq tikinti aparsınlar və bu sahəni inkişaf etdirsinlər".
Digər Xəbərlər
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03