İsmayıl Ömərova ad günü qanqaraçılığı
10:41 25-02-2014
CƏMİYYƏT
İsmayıl Ömərova ad günü qanqaraçılığı
İTV-nin keçmiş “şef”inin yubileyi “unuduldu”
Fevralın 20-də İTV-nin ilk direktoru İsmayıl Ömərovun 60 yaşı tamam olub. Amma Ömərov yubiley sevincini istədiyi kimi yaşaya bilməyib.
Bu barədə məlumatlı mənbələrdən redaksiyamıza daxil olan xəbərə görə, Ömərov yubileyində fəxri ad və ya dövlət orden-medallarından biri ilə təltif olunacağını gözləsə də bu, baş verməyib. İTV-nin keçmiş “şef”i bu şəkildə “unudulmasından” pərişan olub.
Qeyd edək ki, Borçalı mahalında Bolnisi rayonunun Kvemo-Bolnisi (Kəpənəkçi kəndi) kəndində anadan olan Ömərov, 2000-2005-ci illərdə Azərbaycan Respublikası ikinci çağırış Milli Məclisinin deputatı olmuşdur. 2005-ci il aprel ayının 16-da 22 namizəd içərisindən səs çoxluğu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru postuna gətirilib.
Ötən il isə gözlənilmədən İsmayıl Ömərov İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbərliyinin başında olmayacağı dəqiqləşib. Ömərovun “ofsayd”a salınması ilə bağlı ilk məlumatı məhz “Unikal” yazmışdı.
Onun “vurulması” ilə bağlı bir neçə səbəb göstərilir. Bu səbəblərin başında isə onun rəhbərlik etdiyi quruma ayrılan vəsaitlərlə bağlı korrupsiya şübhəsi, özünün və qardaşının tikinti şirkətləri ətrafında davamlı qalmaqallar yaranması və s. göstərilirdi. Elə İTV-nin keçmiş “şef”inin postundan uzaqlaşdırılmasından sonra orada genişmiqyaslı yoxlamaların aparılması da bunu təsdiqləyir. Həmin yoxlamalar nəticəsində ciddi mənimsəmə faktlarının aşkarlandığı bildirilir. Eyni zamanda həmin faktlarla bağlı yekun qərarın hələlik verilmədiyi və elə bu səbəbdən də Ömərovun başı üzərindəki təhlükənin tamamilə sovuşmadığı qeyd edilir.
Bəzi KİV-lər tez-tez qeyd edirlər ki, 2013-cü ilin may ayının 8-də Hesablama Palatasının kollegiya iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsi üzrə audit proqramı müzakirə olunaraq təsdiq edilib. May ayında proqram təsdiq edilib, amma auditin nəticələri elan olunmayıb: necə ola bilər ki, vergi-audit yoxlamaları 6 ay müddətində dondurulur? Qanunvericilik buna imkan verirmi? Əlbəttə, İctimai televiziyanın büdcəsi xalqın vergiləri hesabına formalaşdığından, bu barədə şəffaf açıqlamaların verilməsi vacibdir. Amma yuxarıda da qeyd etdiyimiz kimi, hələlik həmin auditlə bağlı proses tam yekunlaşmayıb və gözləmək olar ki, bu istiqamətdə yeni informasiyalarla qarşılaşaq.
Bununla belə, İTV rəhbərinin “vurulması”nın başqa səbəbləri də göstərilməkdədir. Həmin səbəblərdən biri kimi isə Ömərovun Gənclər və İdman naziri Azad Rəhimovla açıq qovğası göstərilir. Bildirilir ki, Azərbaycan Eurovision-un qalibi olduqdan sonra, qaliblərin ölkə rəhbərliyi ilə görüşünə İsmayıl Ömərov dəvət edilməyib. Həmin görüşdə Nigar və Eldardan başqa, Azad Rəhimov iştirak edib. Bu da İTV rəhbəri ilə nazir arasında ixtilafın kulminasiya nöqtəsi olub.
Ardınca isə İsmayıl Ömərovun “dışlanması” prosesi tam sürətlə davam edib. Bəzi məlumatlara görə, Bakıda keçirilən “Light your fire” müsabiqəsinin yarımfinallarından biri zamanı tədbirin keçirildiyi “Kristal Hall”un həyətinə təhlükəsizlik tədbirləri bəhanəsiylə Ömərovun maşını buraxılmayıb. Bundan qəzəblənən baş direktor maşınını sürüb gedib. Ömərov həmçinin yarımfinalların birində iştirak etməyib.
İsmayıl Ömərovun daha bir fiaskosu onun öz nəvəsi Ömər Sultanovu “Junior Eurovision - 2012” Mahnı Müsabiqəsində ölkəmizi təmsil etmək üçün seçdirməsi olub. Bu faktın üstünün açılmasından sonra İTV “şef”i ilə iplərin qoparılması zamanı gəldiyi qətiləşib.
Bu yaxınlarda yayılan bəzi məlumatlarda isə İsmayıl Ömərovun “vurulduqdan” sonra 2015-ci ildə keçirilməsi gözlənilən parlament seçkilərində iştirak etmək niyyəti varmış. Ömərov həmin vaxtadəki iqtidar içində etimadını yenidən bərpa edəcəyinə və mandat alacağına inanırmış. Amma onun adı ətrafında qalmaqalların səngimək bilməməsi İsmayıl Ömərovun 2015 seçkilərində iştirakını və qələbəsini mümkünsüz edib.
Elə 60 illik yubileyində İsmayıl Ömərovun “yaddan çıxması”, ona yubiley hədiyyəsi olaraq hər hansı təltifin layiq görülməməsi də sabiq İTV “şef”indən “yuxarılar”ın incikliyinin çox ciddi olduğunu və bağışlanmaq ehtimalının xeyli az olduğunu göstərir.
Maraqlı odur ki, İTV-nin ilk icraçı direktoruna gözlədiyi təbrik zənglərinin əksəriyyəti gəlməyib. Ömərovu yalnız bəzi deputatlar təbrik edib.
Həmçinin sabiq icraçı direktordan yubileyində rəsmi qəzetlərdə hər hansı müsahibənin alınmaması, təbrik mətnlərinin gözə dəyməməsi də maraq doğurur.
Bütün bunlar həm İTV-nin keçmiş “şef”inin başı üzərində “qara buludların” qaldığına dair qənaətləri təsdiqləyir, həm də onun bundan sonra karyerasını hər hansı formada bərpa edə biləcəyinə dair ehtimalların sıfıra endiyini göstərir.
Digər Xəbərlər
2024-12-26 09:26:59
2024-12-26 09:05:43
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03