Riçard Morninqstar: "ABŞ Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir"
10:50 25-02-2014
CƏMİYYƏT
Riçard Morninqstar: "ABŞ Azərbaycanla
strateji tərəfdaşlığı yüksək qiymətləndirir"
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar ABŞ və Azərbaycan arasında münasibətləri və əməkdaşlıq perspektivlərindən danışaraq deyib ki, ABŞ Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir:-“ Biz Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunmasına dəstək olmaq istəyirik və hesab edirik ki, bu, çox vacibdir.
Bizim demokratik, iqtisadi və təhlükəsizlik islahatları, Dağlıq Qarabağ, Əfqanıstan və terrorizmlə mübarizə məsələlərində bir sıra ümumi maraqlarımız var. Hesab edirəm ki, enerji sahəsində də güclü ümumi marağımız var.
Biz həmçinin Azərbaycanın qeyri-enerji iqtisadiyyatının inkişafına kömək etmək istəyirik. Hesab edirik ki, Azərbaycanın gələcəyi davamlı demokratik və iqtisadi islahatlar, eləcə də demokratik ölkələrimizin güclü tərəfdaşlığı əsasında daha yaxşı qurulacaq. Biz bu məsələlər üzərində işləməyə davam edəcəyik. Eyni zamanda, qeyd etdiyim digər məsələlər üzərində də işləməyimiz çox vacibdir. Nümunə kimi deyə bilərəm ki, biz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələsini təşviq edirik. Düşünürük ki, biz bu məsələdə kömək edə bilərik və bunu qeyri-enerji iqtisadiyyatının inkişafı üçün əsas amil hesab edirik.
Strateji tərəfdən isə, biz Azərbaycanın öz hərbi qüvvələri ilə Əfqanıstandakı əməkdaşlığını yüksək qiymətləndiririk. Eyni zamanda, 2014-cü ildən sonra - NATO qoşunlarının Əfqanıstandan çıxarılmasına başlanacağı vaxtda Azərbaycanın köməyi məsələsi çox vacibdir və qeyri-hərbi yüklərin daşınması Azərbaycan ərazisi vasitəsilə həyata keçiriləcək.
Beləliklə, üzərində işləməli və işləməyə davam etməli olduğumuz bir çox məsələlər var. Hesab edirəm ki, bizim çox dərin tərəfdaşlığımız ola bilər.Biz bundan çox narahatıq və həm Azərbaycan, həm də Ermənistana aydın şəkildə bildirmişik ki, təmas xəttində vəziyyətin gərginləşməsinin heç bir faydası yoxdur. Əslində, bu, sülh prosesini sarsıdır. Həmçinin bunun gözlənilməz nəticələri ola bilər ki, bu da daha böyük ədavətə gətirib çıxara bilər. Eyni zamanda, hazırda gərginliyin azalması bizi ruhlandırır. Son bir neçə həftə ərzində daha az insident baş verib, halbuki ondan öncəki həftələrdə insidentlərin sayı həddən artıq çox idi. Prezidentlərin noyabr ayında keçirilən görüşü də bizi ruhlandırdı. Hesab edirik ki, sözügedən görüş konstruktiv oldu. Ümid edirik ki, bu görüşlər davam edəcək. Münaqişəni həll etməyin ən yaxşı və yeganə yolu iki prezidentin danışıqlar masası arxasında oturması və münaqişənin həlli istiqamətində konkret addımlar atmasıdır. Bu, bütün azərbaycanlıların və ermənilərin maraqlarına cavab verəcək”.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49