Dmitri Medvedev: “Ukraynada yaranmış vəziyyət Rusiyanın milli maraqlarına təhlükədir”
10:57 25-02-2014
CƏMİYYƏT
Dmitri Medvedev: “Ukraynada yaranmış vəziyyət Rusiyanın milli maraqlarına təhlükədir”
Rusiyanın baş naziri Dmitri Medvedev Ukraynada yaranmış vəziyyətin Rusiyanın milli maraqlarına təhlükə törətdiyini bəyan edib.
D. Medvedev bildirib ki, Moskva Ukraynadakı Rusiya vətəndaşlarının həyatı və sağlamlığı üçün ciddi narahatlıq keçirir. O, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabovun məsləhətləşmələr üçün geri çağırılmasını məhz bununla əlaqələndirib: “Diplomatik praktikada bunun nə mənaya gəldiyini mənim izah etməyimə ehtiyac yoxdur”.
Rusiyanın hökumət başçısı hazırda Ukraynada dialoq qurula biləcək legitim tərəfdaşlar görmür: “Qara maskada “Kalaşnikov” avtomatları ilə Kiyev küçələrində gəzən adamları hökumət hesab etsək, onda belə hökumətlə işləmək çətin olacaq”. D. Medvedevin sözlərinə görə, Moskva o halda Ukrayna ilə münasibətlərin bərpasına hazır olacaq ki, orada Konstitusiya və qanunlara əsaslanan normal müasir hakimiyyət ortaya çıxsın. Onun fikrincə, iki ölkə arasında imzalanmış bütün sazişlər yerinə yetirilməlidir.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49