İsmayıllıda vəhabi qorxusu yoxdur
11:26 27-02-2014
CƏMİYYƏT
İsmayıllıda vəhabi qorxusu yoxdur
Mirdaməd Seyidov “Rayonda tam sakitçilikdir”
İsmayıllının icra başçısı Mirdamət Sadıqov rayonun Mican kəndindəki məscidin bağlanmasına aydınlıq gətirib.
“Unikal”a açıqlama verən başçı bildirib ki, ibadət evi sırf təmir-bərpa işlərinə görə fəaliyyətini dayandırıb, başqa hallar haqqında heç bir məlumat yoxdur: “Vətəndaşların vəhhabi təriqətlilərdən şikayətinə gəldikdə, bizə bu haqda heç nə daxil olmayıb. Şikayətdən xəbərim yoxdur, rəsmən məktub almamışam. İcma rəhbərləri var, onlar məscidlərlə məşğuldur.Buna görə də hər hansı narahatçılığa əsas yoxdur.Ən azından ona görə ki, rayonda vəhhabi təhlükəsi hiss etmirəm. İsmayıllıda tam sakitlikdir. Nə vəhhabi, nə də başqa birisinin təhlükəsi var. Dini təriqətlər öz işini görür. Onlar yalnız həftənin beşinci günü yığışır, cümə namazı qılırlar. Yəni heç kəs heç kəsin dini inancına qərəzli yanaşmır.
Digər Xəbərlər
2024-12-26 09:05:43
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29