ABŞ Ermənistana investisiya qoyur?
11:37 07-05-2015
CƏMİYYƏT
ABŞ Ermənistana investisiya qoyur?
Əli Orucov:" ABŞ-ın Ermənistana böyük investisiyalar qoya biləcəyi sahələr demək olar ki, yoxdur"
Azərbaycanla ABŞ arasında münasibətlərin gərginləşdiyi bir zamanda ABŞ-Ermənistan əlaqələri daha da istiləşib.Qeyd edək ki, ABŞ Dövlət Katibi Con Kerrinin rəhbərliyi ilə Azərbaycana qarşı təxribat planı hazırlanmışdı və bu Azərbaycan tərəfindən ifşa edildi. Bu olaydan sonra isə ABŞ rəsmiləri heç bir izahat bildirməyiblər.
Ermənistana gəldikdə isə ABŞ-da fəaliyyət göstərən erməni lobbisi daima bu iki dövlətin əməkdaşlığını təmin etməyə çalışıblar və növbəti belə addım atılıb.Belə ki, ABŞ Ermənistanla ticarət və investisiyalar haqqında saziş imzalayacaq.Baş tutacaq imzalanma mərasimində Ermənistan prezidenti Serj Sərksiyan və ABŞ-ın maliyyə naziri iştirak edəcək. Bu saziş iki ölkə arasında ticarət və investisiya imkanlarının genişləndirilməsi üçün böyük fürsət yaradacaq.
Qeyd edək ki, bu saziş Ermənistana Amerikanın investisiyalarının yatırılması üçün başlanan prosesi tənzimləyəcək. Artıq erməni diasporu bununla bağlı öz sevincini gizlətməyib.Amerika Erməni Milli Komitəsi bu gün bəyanat yayaraq sabah imzalanacaq sazişi "çoxdan gözlənilən mühüm saziş" adlandırıb.
"Bu bizim ən mühüm prioritetlərimizdən idi. Bu saziş Ermənistanda yeni iş yerlərinin açılmasına,sabit iqtisadi inkişaf və ABŞ-Ermənistan arasında yeni iqtisadi imkanlar açır" - deyə bəyanatda qeyd olunur.
Komitənin ABŞ ticarət nümayəndəsi Maykl Fromana ünvanlanan məktubda bu sazişin gözlənilən 10-dək qazancı qeyd olunub.
Əsas diqqət Türkiyə və Azərbaycan tərəfindən bölgədə blokadaya alınmış Ermənistanın bu sazişlə böyük iqtisadi dəstək alacağı vurğulanır. Eyni zamanda ABŞ-ın İdxal-İxrac Bankı və Ticarət Agentliyi tərəfindən effektiv proqramların müzakirəsi başlana bilər.Bura diaspora tərəfindən Ermənistana investisiyaların cəlb olunması, Ermənistanın daxil olduğu GSP ticarət sistemindən istifadənin genişləndirlməsi perspektivi daxildir. Maraqlıdır, bu əməkdaşlıq Ermənistana hansı üstünlüklər verəcək və ABŞ əsasən hansı sahələrə investisiya qoya bilər? Bununla bağlı "Unikal"a açıqlama verən politoloq Əli Orucov hesab edir ki, bu məsələ o qədər də effektli nəticələr verəcək bir məsələ deyil:" ABŞ-ın Ermənistana böyük investisiyalar qoya biləcəyi sahələr demək olar ki, yoxdur.Ermənistanın nə təbii sərvətlərinə görə, nə də iqdisadi sənaye potensialına görə iri həcmli sərmayə üçün cəlbedici deyil. Belə bir tutuma da mailik deyil. Əsas sahələr də Rusiya və Rusiya şirkətlərinin əlində cəmləşib. Ermənistan iqtisadiyyatı Moskvadan birbaşa asılı olan bir ölkədir. ABŞ bu iri həcimli investisiyanı hansı sahəyə və hara yönəldəcək? Bu sadəcə olaraq Ermənistan hakimiyyətinin və ermənilərin təbliğatından başqa bir şey deyil. İknicisi də Ermənistan müstəqil dövlət olmadığından Moskvanın maraqlarına toxuna biləcək belə iri layihələrə yaxın dura bilməz.
Şişirdilmiş erməni faktoru ABŞ-a sadəcə olaraq Türkiyəyə və Azərbaycana təziq vasitəsi ücün lazım olur. Ermənistan bundan savayı Ağ Ev üçün əhəmiyyət daşımır". Bununla yanaşı artıq bir sıra ABŞ şirkətlərinin Dağlıq Qarabağa da maraq göstərdiyi bildirilir. Belə qurumlardan biri də Birləşmiş Ştatlardakı "Fermata Arts Foundation"dur (FAF). Əldə etdiyimiz məlumata görə, FAF Azərbaycanın ABŞ-dakı səfirliyinə sorğu ünvanlayıb. Həmin sorğuda təşkilatın "İdeal Hause" adlı səyyar rəsmi sərgisinin Azərbaycanda təşkil edilməsi təklif olunub, habelə FAF-ın Azərbaycanın işğal altında olan ərazilərindəki fəaliyyəti barədə məlumat verilib.
Belə ki, həmin məlumatlara görə, FAF 2012-ci ilin dekabr ayında Şuşa şəhərində "İdeal Hause" adlı səyyar rəsm sərgisi keçirib. 2013-cü ildə isə təşkilat qondarma DQR rejiminin "Gənclər və Mədəniyyət Nazirliyi" ilə birgə "Azadlıq hərəkatının" 25 illiyinə həsr olunmuş sərgi keçirib.Həmin tədbirdə Azərbaycanın işğal altında olan ərazilərinin müxtəlif bölgələrindən 30-a yaxın rəsm əsəri nümayiş edilib.
FAF-ın mərkəzi ofisi ABŞ-ın Konnektikut ştatında yerləşir və əsasən keçmiş sovet respublikaları ilə əməkdaşlıq edir.Təşkilatın məqsədi uşaqların səyyar incəsənət sərgilərinin keçirilməsi yolu ilə xalqlar arasında əlaqələrin təşviqidir.
Azərbaycan və ABŞ arasındakı münasibətlərin inkişafında rəsmi Bakının maraqlı olduğunu, həmin təmasların strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün bütün zəruri addımların atıldığı zaman FAF kimi qurumların Qarabağdakı separatçılarla işbirliyində olması, terrorçularla əməkdaşlıq etməsi, rəsmi Vaşinqtonu çox ciddi düşündürməlidir.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-29 13:22:29
2024-12-29 13:08:08
2024-12-29 12:58:14
2024-12-29 12:50:20
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00
2024-12-29 12:26:08
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00