BDU-da Heydər Əliyevin 92 illiyi bağlı tədbir keçirildi

BDU-da Heydər Əliyevin 92 illiyi bağlı tədbir keçirildi

Dünən Bakı Dövlət Universitetində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. BDU-dan "Unikal"a verilən məlumata görə, tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb və heydər Əliyevin xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edib. Deyib ki, böyük rəhbərin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası son illərdə müstəqil Azərbaycanın ictimai həyatının bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaradıb, onu regionun qüdrətli, sayılıb-seçilən dövlətinə çevirib.
Respublikada demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazanılan böyük nailiyyətlər də məhz uHeydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır.
Sonra Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycan quruculuğu, daxili və xarici siyasət istiqamətindəki fəaliyyəti ilə bağlı məruzə edib. Bildirib ki, Heydər Əliyev haqqında deyilən hər bir söz onun fəaliyyətinin dəyərləndirilməsi ilə yanaşı, gələcək nəsillər üçün Azərbaycanın inkişafına xidmət edən fəaliyyətin tarixə çevrilməsinə verilən qiymətdir. Heydər Əliyev haqqında xatirələr, onun xalqı qarşısındakı xidmətləri, fikirləri, düşüncələri mövcuddur.
Tədbirdə akademik Vasim Məmmədəliyev və professor Abuzər Xələfov Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.