Fəzail Ağamalı: "İkili standartlara qarşı mübarizəmizi ortaya qoymalıyıq"
09:32 08-05-2015
CƏMİYYƏT
Fəzail Ağamalı: "İkili standartlara qarşı mübarizəmizi ortaya qoymalıyıq"
"Anti-Azərbaycan kampaniyasına qarşı artıq ölkəmizdə ciddi müqavimət var". Bunu sia-ya Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Partiya sədrinin sözlərinə görə, ikili standartlara qarşı Azərbaycan xalqının iradəsi ortaya qoyulmaqdadır: "Təbii ki, ölkə daxilində anti-Azərbaycan koalisiyasında yer alan anti-milli qüvvələr də var. Onlar azlıq təşkil edirlər. Bunların səsi demək olar ki, cəmiyyətdə hiss olunmur, görünmür və eşidilmir. Bir neçə gün bundan öncə Azərbaycan Xarici İşlər Nazirliyinin Elmar Məmmədyarov səviyyəsində ABŞ Dövlət Departamentindən Con Kerrinin fəaliyyəti ilə bağlı açıqlama istəməsi, qoymuş olduğu tələb düşünürəm ki, ölkə xalqının maraqlarına tamamilə uyğundur və Azərbaycan dövlətinin iradəsini özündə ifadə edir. Bu iradənin arxasında eyni zamanda ölkə xalqı dayanır. Biz bu şəkildə də fəaliyyətimizi davam etdirməli, mübarizəmizi aparmalıyıq".
F.Ağamalı əlavə edib ki, Azərbaycana qarşı mətbuat qeyri-hökumət təşkilatlarının vasitəsilə həm sosial şəbəkələrdə, həm də dövlət səviyyəsində bir xalq, millət olaraq öz gücümüzü ortaya qoymalıyıq: "Bununla bərabər Azərbaycan dilində verilən açıqlamalar, ortaya qoyulmuş olan müxtəlif xarakterli yazılar, müsahibələr şərhlər çox vacibdir. Biz çalışmalıyıq ki, müxtəlif dillərdə - ingilis, fransız, alman, ispan, italyan, rus, çin və s. anti-Azərbaycan kampaniyasına qarşı mübarizəmizi ortalığa qoyaq".
Digər Xəbərlər
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51