Azay Quliyev: "Bizi antidövlət təşkilat kimi qəbul edirdilər"
09:33 08-05-2015
CƏMİYYƏT
Azay Quliyev: "Bizi antidövlət təşkilat kimi qəbul edirdilər"
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirib.
Tədbirdə çıxış edən şura sədri Azay Quliyev bildirib ki, ümummilli lider Heydər Əliyevin doğum günü həmişə xoş xatirələrlə anılıb və bundan sonra da anılacaq.
Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk illərin ölkədə ictimai-siyasi sabitliyin pozulduğu, hərc-mərcliyin hökm sürdüyü dövrə təsadüf etdiyini xatırladan A.Quliyev bildirib ki, belə bir dövrdə hakimiyyətə gələn Heydər Əliyev ölkədə bir sira problemlərin həlli üçün işlər görməyə başladı: "O dövrdə H.Əliyevin gördüyü işlərdən biri də vətəndaş cəmiyyətinin qurulması olub".
Vətəndaş cəmiyyətinin qurulması üçün uzun dövrün tələb olunduğunu deyən A.Quliyev bu cəmiyyəti qurmağın asan olmadığını da vurğulayıb. Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin qurulması üçün ilk növbədə ictimai-siyasi sabitliyi təmin etmək lazım idi ki, ümummilli lider də bunun öhdəsindən gələrək ölkədə vətəndaş cəmiyyətinin inkişafına təkan verdi, gənclərin bu sahəyə cəlbinə nail oldu: "Heydər Əliyev dövlət quruculuğunda da gənclərin işini fəallaşdırdı. Çox şadam ki, mən də minlərlə gənclə birgə Heydər Əliyevin istiqamətləndirdiyi yolda olmuşam".
Heydər Əliyevin apardığı işlərin nəticəsində qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin artdığını deyən A.Quliyevin sözlərinə görə, ölkədə QHT-lərin inkişafına şərait yaradan qanunlar qəbul edilib, hüquqi baza formalaşdırılıb: "Əvvəllər bizi antidövlət təşkilat kimi qəbul edirdilər, amma indi dövlət bizə qucağını açıb, dövlətin təşkilatlara qayğısı artıb. Ona görə də işimizə daha keyfiyyətlə yanaşmalıyıq".
Tədbirdə daha sonra QHT rəhbərləri - Azərbaycanın keçmiş rabitə naziri Sirus Abbasbəyli, Naxçıvan Muxtar Respublikasının keçmiş baş naziri Namiq Abbasov və digərləri çıxış edərək ümummilli lider haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Qeyd edilib ki, H.?liyevin Azərbaycanın dünyada nüfuzunun artırılması, eyni zamanda, iqtisadi həyatını dircəltmək üçün gördüyü işlər danılmazdır və onlar hec zaman unudulmayacaq.
Digər Xəbərlər
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31