Cahangir Əsgərova gözlənilməz rəqib gəlir
07:59 13-05-2015
CƏMİYYƏT
Cahangir Əsgərova gözlənilməz rəqib gəlir
"Synergy Group" aviasiya sahəsində fəaliyyətə başlayır
Aprelin 30-da "Synergy Jet" şirkəti dövlət qeydiyyatından keçib.Adından göründüyü kimi, onun qeydiyyatdan keçməsi ilə faktiki olaraq ölkədə üçüncü özəl aviaşirkət yarana bilər.
Vergilər Nazirliyinin məlumatına görə, yeni şirkətin hüquqi ünvanı Bakıda yerləşən "Yeni Həyat" işgüzar mərkəzidir. Azərbaycanın iki aparıcı holdinqi "AtaHolding" və "Synergy Group"-un baş ofisləri və bir çox törəmə şirkətləri burada yerləşir.
"Synergy Jet" MMC-nin nizamnamə kapitalı 10 000 manat təşkil edir. Şirkətin direktoru Səbuhi Əliyevdir. O, əvvəllər "Ata Bank" ASC-də çalışıb.
"Synergy Group" Şirkətlər Qrupundan bu holdinqin yeni yaradılan şirkətə hüquqi münasibəti, onun fəaliyyət planı, cari il üçün planları barədə sualları cavablandırmaqdan imtina ediblər.
"Synergy Group" ASC-nin maliyyə hesabatına görə, onun səhmdarları 2010-2013-cü illərdə, o cümlədən 2013-cü ildə müəssisənin fəaliyyətinə 164,7 milyon manat həcmində sərmayə qoyublar. Dekabrın 31-nə olan vəziyyətə görə, holdinqin konsolidasiya edilmiş zərəri 33 milyon manatı ötür.
Müxtəlif fəaliyyət sahələrini əhatə edən 30-dək şirkətin daxil olduğu "Synergy Group" ASC 2010-cu ilin aprelində təsis edilib. Ötən ilin sonlarından, "Caspian Development Bank" (əvvəllər "Kövsər Bank") holdinqə daxil olduqdan sonra o, maliyyə-sənaye qrupu hesab olunur.
Qrupun səhmlərinin 99 faizinin sahibi Əşrəf Kamilovdur. Digər rəsmi hesabatlara görə o, Akkord Sənaye-İnşaat İnvestisiya Korporasiyasının əsas benefisiarıdır.
"Unikal"ın araşdırmaları nəticəsində məlum olub ki, 2010-cu ildə təsis edilən "Synergy Group" ASC Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biridir. "Synergy Group" ASC yüksək inkişaf potensiallı strateji sənaye sahələrinə sərmaye qoyur və həmin sahələrin müasir beynəlxalq tələblərə uyğun inkişafına çalışır. "Synergy Group" 28 müxtəlif inkişaf yönümlü şirkətdən ibarətdir. Qrupda ümumilikdə 1500-dən çox müxtəlif profilli mütəxəssis çalışır.
Qəzetimizin araşdırmaları nəticəsində o da aydınlaşıb ki, "Synergy Group" ASC sənaye sektorunu prioritet sahə hesab edir və bu istiqamətdə iri həcmli investisiya qoyuluşları həyata keçirir. Hazırda "Synergy Group" özəl sənaye istehsalı sektorunda ən iri şirkətlərdən biridir. "Synergy Group"un rəhbərliyi özəl sənaye sahələrində istehsalın artımı və istehsal proseslərinin səmərəliliyini inkişaf etdirmək üçün innovativ texnologiyaların tətbiqinə xüsusi önəm verir. "Synergy Group" ASC-nin üzvü olan müəssisələr sənaye sektorunun tikinti materialları, poliqrafiya və qablaşdırma məhsullarının istehsalı sahələrində ən iri şirkətlər sırasındadırlar.
Bundan başqa, 2010-cu ildə "Synergy Group" inşaat layihələrinin beynəlxalq standartlara uyğun həyata keçiriliməsi üçün "Renaissance Construction" beynəlxalq tikinti şirkəti ilə birgə "Renaissance Construction Azərbaycan" tikinti müəssisəsini təsis etmişdir. Azərbaycanın inşaat bazarına yeni daxil olmasına baxmayaraq "Renaissance Construction Azərbaycan" yerli bazarda öz mövqelərini gücləndirməkdədir, və bunun üçün Avropa və Amerikanın bir sıra tanınmış tikinti və dizayn şirkətləri ilə əməkdaşlığa başlamışdır.
Həmçinin kənd təsərrüfatı, otelçilik, İKT və təhsil sahəsində də adıçəkilən şirkətlər qrupunun geniş payı vardır.
İndi isə bu holdinqə daxil olan şirkət ölkənin üçüncü aviadaşıyıcısına çevrilmək üzrədir.
Qeyd edək ki, ölkənin hava nəqliyyatında faktiki olaraq inhisarçılıq hökm sürür, Cahangir Əsgərovun rəhbərlik etdiyi "AZAL" - yəni "Azərbaycan Hava Yolları" QSC bu sahədə monopolist mövqelərə sahibdir. Elə müştərinin seçim imkanı məhdud olduğuna görə "AZAL" istədiyi qiyməti diktə edə bilir. Yəni uçuş biletlərinin həddən artıq bahalığı, xidmətdə keyfiyyət problemi və s. kimi amillər məhz Cahangir Əsgərovun şirkətinin inhisarçı mövqeləri ilə bağlıdır.
Amma "Synergy Jet" şirkətinin dövlət qeydiyyatından keçməsi ilə faktiki olaraq ölkədə üçüncü özəl aviaşirkət yaranması ehtimalı ortaya çıxıb. Bu isə Cahangir Əsgərova gözlənilməz, eyni zamanda ciddi rəqibin meydana gəldiyini deməyə əsas verir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54