Səlcuq Ural: "Erməni məsələsi 1828-ci ildən sonra, Qafqazın işğalı nəticəsində meydana çıxıb"
08:03 13-05-2015
CƏMİYYƏT
Səlcuq Ural: "Erməni məsələsi 1828-ci ildən sonra, Qafqazın işğalı nəticəsində meydana çıxıb"
Qarsdakı Qafqaz Universitetinin professoru, tarixçi-alim Səlcuq Ural uydurma "erməni soyqırımı" ilə bağlı danışaraq deyib ki, Qara dənizdən Xəzər dənizinə qədər olan ərazini əhatə edən coğrafiyada ermənilərin törətdikləri qırğınların nəticələrini ortaya çıxara biləcək bir araşdırma üzərində çalışırıq. Həmin araşdırma kitab formatında çap olunacaq. Araşdırmanı qısa müddət ərzində çap etdirmək niyyətindəyik. Araşdırma Osmanlı arxivləri əsasında hazırlanıb. Əlimizin altında kifayət qədər material var.
Buna baxmayaraq, Türkiyənin bu sahədə apardığı işlər yetərli deyil. Biz Azərbaycanla birlikdə bu məsələləri araşdırmalıyıq. Qars Qafqaz Universitetində indiyə qədər bu mövzu ilə əlaqədar bir neçə araşdırma aparılsa da, təəssüf ki, cəmiyyətdə və mediada hər hansı bir maraq oyatmayıb. "Ermənilər bu qədər hay-həşir salırlarsa, deməli nəsə var" və yaxud "Onlar öldürüblər, biz də öldürmüşük" məntiqi dünyada və ölkəmizdə formalaşmaqdadır. Bizim əsas məqsədimiz bu səhv düşüncəni dağıtmaqdır. Qars bu mənada əhəmiyyətli bölgədir. Erməni məsələsinin keçmişi və gələcəyi ilə bağlı Türkiyə və Azərbaycanın ortaq tarix komissiyası yoxdur. Dünya ictimaiyyətinə necə təsir edə bilərik, onları doğru-dürüst necə məlumatlandıra bilərik deyə düşünən yoxdur. Görəsən biz həqiqətən bu işə ciddi yanaşırıq, yoxsa söz xətrinə hərəkət edirik? Bunu da ayırd etməyin vaxtı çatıb. Əgər Türkiyə, Azərbaycan və Ermənistan arasında bir sülh olacaqsa, bu üç ölkənin görüş nöqtəsi Qars müqaviləsidir. Bunu dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Qars müqaviləsi istər köç məsələsi, istər erməni probleminin həlli istiqamətində bir yol açır. İsa Həbibbəylinin Naxçıvan Dövlət Universitetinin rektoru postundan getməsi bizim üçün itki oldu. Mən Naxçıvanı bu regiondan ayrı təsəvvür etmirəm. İsa bəyin rəhbərliyi altında Qafqaz və Naxçıvan Dövlət Universitetlərində ciddi işlər görülüb. İsa bəyin gedişindən sonra nə Naxçıvandan, nə də bizdən təklif irəli sürülür. Təbii ki, ortaq dəyərlərimiz, ortaq mədəniyyətimiz var. Bunu daha da dərinləşdirməli və genişləndirməliyik".Onun sözlərinə görə Birinci Dünya müharibəsi "ölüm-dirim savaşı" kimi təqdim olunur. Biz niyə belə ifadə işlədirik? 1828-ci ildə bizim Anadoluya çəkilməyimizin əsas səbəblərindən biri Azərbaycanın Çar Rusiyası tərəfindən işğal edilməsi idi. Cənubi Qafqazda xanlıqlar ruslar tərəfindən işğal olunandan sonra region həm hərbi, həm də siyasi mənada Rusiyanın təsiri altına düşdü. Türkiyə və Azərbaycan birlikdə hərəkət etmək məcburiyyətindədir. Bu gün Türkiyənin Azərbaycanı və Qafqazı nəzərə almadan Şərq siyasəti formalaşdırması mümkün deyil. Erməni məsələsi 1828-ci ildən sonra Qafqazın işğalı nəticəsində meydana çıxıb. Ruslar da İrəvan xanlığının əsasında bir erməni dövləti yaratmaq istəyirdi. Beləliklə, 1918-ci ildə erməni dövləti İrəvan xanlığının ərazisində yaradıldı. Bunu unutmamalıyıq ki, hər bir erməni "Böyük Ermənistan" xəyalı ilə yaşayır. Erməni məsələsi bir tərəfdən ruslar, bir tərəfdən də ingilislər tərəfindən dəstəklənən siyasi hərəkatdır. 1914-cü ildə ruslar iki istiqamətdə hərbi əməliyyat planı üzərində işləyirdilər. Birinci plan Qafqazdan Bəsrə körfəzinə çatmaq, ikinci plan isə İstanbulu işğal edərək Osmanlı İmperiyasının varlığına son qoymaq idi. Birinci Dünya müharibəsi başlayan zaman bizim ordumuz dörd cəbhədə vuruşurdu. Birinci və ikinci ordumuz İstanbul boğazını qorumağa təhkim olunmuşdu. Üçüncü, say etibarı ilə ən çox ordumuz Ərzurumda olub ki, onların da məqsədi Qafqaz cəbhəsini tutmaq olub. Üçüncü orduda baş verən problemlər təəssüflər olsun ki, bizi Sarıqamış məğlubiyyətinə apardı. Fevzi Çakmak paşanın bu barədə əsərləri var. Fevzi Çakmak paşa yazır ki, belə bir cəbhədə hücuma keçmək üçün Osmanlının ən azı 450 min nəfərlik ordusu olmalı idi. Bu qədər əsgəri tapmaq, onu silah və texnika ilə təchiz etməyimiz ogünkü şərtlər altında mümkünsüz idi. Sarıqamış məğlubiyyəti erməni problemini qarşımıza bir hərbi bəla kimi çıxardı. Bir məsələyə də diqqət çəkmək istərdim. 1914-cü ilin iyununda Ərzurumda daşnakların konqresi keçirilib. Orada 3 variant müzakirə olunub. Birinci variant - Osmanlı dövləti müharibədə iştirak etsə, biz nə edəcəyik, ikinci
variant - Osmanlı dövləti müharibədə iştirak edib qalib gəlsə, nə edəcəyik və üçüncü variant - ruslar qalib gəlsə, biz nə edəcəyik. Siyasi mənada Ərzurumdakı daşnak konqresi qırılma nöqtəsidir. Sarıqamış əməliyyatında bizim itkilərimiz 60 min, rusların itkiləri isə 30 min nəfərə yaxın idi. Ruslar bu itkiləri kompensasiya etmək üçün yenidən erməni kartını ortaya atır. Bundan başqa, 1912-ci ildən etibarən hər bir erməni kilsəsinin deposunda silahlar gizlədilir. Bununla bağlı sənədlər mövcuddur. Mən bu mövzuda məqalə ilə çıxış etmişəm. Bu məqaləni oxusanız rusların erməniləri rus-türk müharibəsinə hazırladığının şahidi olacaqsınız. Sadəcə Sarıqamış əməliyyatı qırğınları həyata keçirmək üçün münasib vaxt olub. 1915-ci il aprelində, Ərzurumdakı daşnak konqresindən bir il sonra, yəni Vanın işğalına qədər olan vaxt ərzində hökumət tərəfindən ermənilərə qarşı adekvat addımlar atılmağa başlandı. Çünki Vanın işğalında erməni-daşnak qrupları müstəsna rol oynayıblar. Ermənilər Vanda bir gündə 15 min günahsız müsəlmanı qətlə yetirib. Bunu rus mənbələri də, türk mənbələri də deyir. Vanın işğalından sonra məcburi köçürülmə məsələsi gündəmə gəlir. Cəbhədə problem yaradan Qriqoryan kilsəsinə etiqad edən ermənilər deportasiya olunur. Buna diqqət edin. Köçürülmə nə katolik, nə də protestant ermənilərə tətbiq olunub. Bu, çox vacib amildir. Osmanlıya kim problem yaradıbsa, onları da cəbhədən uzaqlaşdırıb. Müvəqqəti sürgün adlandırılan bu köçürülməni ancaq biz etməmişik ki?! Bunu Rusiya da edib. Fuad ** Hadı Rəcəbli: "Avropa Oyunları Azərbaycanın strateji tərəfdaşlarının sayını artıracaq"
"Son 10 il ərzində ölkəmizdə 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri keçirilib. Artıq belə demək olar ki, Azərbaycan bir idman ölkəsinə çevrilib. Bu tədbirlərin, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Azərbaycanda yüksək səviyyədə təşkili Olimpiya ailəsində ölkəmizə yüksək inam yaradıb. Ölkəmizin sosial-iqtisadi inkişafı, inşa olunan idman infrastrukturları və idmana olan dövlət qayğısı onu deməyə əsas verir ki, Azərbaycan hökuməti bu inamı da doğrultmaq üçün üzərinə götürdüyü öhdəliyi ən yüksək formada reallaşdıracaq". Bu fikirləri Publika.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. Onun sözlərinə görə, Azərbaycana gələcək qonaqlar xalqımızın qonaqpərvərliyinin şahidi olacaq, milli adət ənənələrimiz, mətbəximiz və tarixi abidələrimizlə tanış olacaqlar. Bu da Azərbaycanın dünyaya təqdimatı deməkdir: "Azərbaycan hökuməti bütün beynəlxalq tədbirlərdə olduğu kimi Avropa Oyunlarında da ictimai təhlükəsizliyin tam təmin olunması üçün bütün lazımi tədbirləri həyata keçirəcək və ölkəmiz yenə də öz yüksək təşkilatçılıq qabiliyyəti ilə dünya birliyi tərəfindən müsbət rəy alacaq. Bu isə Azərbaycanın strateji tərəfdaşlarının sayının artmasına, dövlətimizin qüdrətinin daha da yüksəlməsinə öz müsbət töhfəsini verəcək və bu uğurlara kölgə salmaq istəyən anti-azərbaycançı şəbəkələrə sarsıdıcı zərbə vurmuş olacaq". Millət vəkili həmçinin qeyd edib ki, bu tipli oyunların keçirilməsi ilə bağlı Milli Məclis tərəfindən "Bədən tərbiyəsi və idman haqqında" qanuna idman yarışları zamanı təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı əlavə və dəyişikliklər edilib. Qanuna yeni 40-1-ci maddənin əlavə edildiyini deyən H. Rəcəbli bildirib ki, kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınması, ictimai təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi ilə bağlıdır.
Digər Xəbərlər
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31