Milli Şura mitinqlə bağlı qalmaqal yaradır
07:26 14-05-2015
CƏMİYYƏT
Milli Şura mitinqlə bağlı qalmaqal yaradır
Mitinq keçirmək gücündə olmayan radikallar Bakı Şəhər İcra Hakimiyyətini borclu çıxarmağa çalışırlar
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqinin keçirilməsinə razılıq verib.Bu barədə "Unikal"a BŞİH-dən məlumat daxil olub.
Bildirilir ki, Demokratik Qüvvələrin Milli Şurası Bakı Şəhər İcra Hakimiyyətinə göndərdikləri mitinqin keçirilməsi haqqında məktubuna müsbət cavab alıb. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına riayət olunmaqla 16 may 2015-ci il tarixdə saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinqin keçirilməsini razılıq verib. Toplantı təşkilatçılarından xahiş olunub ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət etsinlər. Bakı Şəhər İcra Hakimiyyəti gələcəkdə planlaşdırılan mitinqlərin şənbə günlərinə təyin olunmasını məqsədəuyğun hesab edib.
Amma Milli Şura ənənəsinə sadiq qalaraq, yenidən qalmaqal yaradaraq özünüreklamla məşğul olmağa başlayıb. "Unikal"ın məlumatına görə, BŞİH cavab məktubunda mitinqin mayın 16-da keçirilməsinə razılıq verildiyini qeyd edib, lakin bunun təşkilatçılarla razılaşdırılmadan edildiyini iddia edən Milli Şura yenə söz oyununa başlayıb. Mitinq Komitəsinin sədri Fuad Qəhrəmanlı BŞİH-in bu cavabını qanuna zidd adlandırıb və bununla bağlı məhkəməyə müraciət olunacağını deyib. F.Qəhrəmanlı bildirib ki, mitinqin mayın 16-da keçirilib-keçirilməyəcəyi Milli Şurada və AXCP-də aparılacaq müzakirələrdən sonra bəlli olacaq. Lakin BŞİH-in təşkilatçılarla razılaşdırmadan aksiyanın vaxtını dəyişmək hüququ yoxdur. Milli Şura isə bütün hazırlıqlarını mayın 17-i üçün edib. Bu baxımdan mitinqin vaxtının dəyişməsi faktiki onun keçirilməsinə razılıq verilməməsi deməkdir.
Göründüyü kimi, Milli Şura rəhbərliyi bəhanələrinə əsaslı don geyindirmək üçün Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə venrməklə hədələyir. Amma hər kəsə gün kimi aydındır ki, bunun əsas səbəbi gündəmdə qalmaq və gücsüzlüklərini ört-basdır etmək üçündür.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib ki, Əli Kərimli bu günə kimi ancaq öz şəxsi mənfəətini güdən şəxsdir.Onun sözlərinə görə bu dəqiqə onu mitinq, yaxud hansısa problem maraqlandırmır. BAXCP rəsmisinin sözlərinə görə, Əli Kərimli siyasətdə pul qazanmaq məqsədi güdür: "O, pul əldə etmək uğrunda dövləti, milli maraqları gözdən çıxartmış adamdır. Bu şəxs xarici, xüsusən də ermənipərəst təşkilatlardan pul qazanmaq üçün hər cür addım atmağa hazır olan və onların maraqlarına xidmət edən şəxsdir. Odur ki, onun milli maraqlara zərbə vuracaq fikirlərinin olmasını təbii qarşılamaq lazımdır.Bu gün ölkədə qarışıqlıq yaratmaq heç kimə sərf eləmir.Yalnız Əli Kərimli təfriqə düşməsini istəyir. Ona görə mitinq bəhanəsi ilə qalmaqala gedir. Amma əminəm ki, mitinq keçirə bilməyəcəklərini anladıqları üçün belə bir yol tutublar".
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə "Unikal"a deyib ki, Milli şura artıq məhv olmuş bir təşkilatdır. Onun sözlərinə görə, belə bir qurumun mitinq keçirməsi mümkünsüzdür: "Bu adamların iç üzü artıq hər kəsə bəllidir. Əli Kərimli və Cəmil Həsənlinin hansı məzhəbə qulluq elədikləri hər kəsə gün kimi aydındır. İki mitinq keçirdilər, biabır oldular. Onda heç olmasa, beş-on adam gəlmişdi, bu dəfə isə heç kim gəlməyəcək. Elə buna görə də min bir bəhanə ilə mitinq keçirməkdən imtina edirlər. Əgər mitinq keçirmək istəyirsənsə, yerin, zamanın nə fərqi var? Gücün varsa, ətrafına adam toplaya bilirsənsə, keçir. Bu adamlar özləri yaxşı bilirlər ki, onlara səs verən olmayacaq, meydanda tək qalacaqlar. Ona görə də qalmaqala getməklə gündəmdə qalmağa çalışırlar".
H.Hacıyev onu da qeyd edib ki, Əli Kərimli Qərbdən pul alıb ölkədə aranı qarışdırmaq istəyir, amma Müasir Müsavat Partiyası buna imkan verməyəcək.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51