Ülvi Quliyev: "I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan üçün çox böyük hadisədir"
13:18 15-05-2015
CƏMİYYƏT
Ülvi Quliyev: "I Avropa Oyunlarının ölkəmizdə
keçirilməsi Azərbaycan üçün çox böyük hadisədir"
"I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan üçün çox böyük idman hadisəsidir". Bu fikri Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı Ülvi Quliyev deyib.
Ü.Quliyev bildirib ki, cəmiyyətimiz "Bakı-2015" Avropa Oyunlarına yüksək əhval-ruhiyyə ilə hazırlaşır. Onun sözlərinə görə, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsi bütün hazırlıq işlərini yüksək səviyyədə yerinə yetirib. "Bütün Azərbaycan vətəndaşları Oyunların yüksək səviyyədə keçirilməsi üçün həmrəydirlər. Hər kəs şahid olacaq ki, "Bakı-2015" Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçiriləcək. Bəzi qüvvələr Azərbaycanın uğurlarını istəmirlər. Onlar qaryaxma kampaniyaları keçirərək, ölkəmizin uğurlarına kölgə salmaq niyyətindədirlər. Amma bu, mümkün deyil. Hər kəs prosesləri izləyir. Bütün Azərbaycan vətəndaşları və dünya belə kampaniyaların əsassız olduğunu bilir. Belə hallar ölkəmizdə "Avroviziya" mahnı müsabiqəsi keçirilən zaman da baş vermişdi. Azərbaycan uğurlar əldə edəndə bəzi qüvvələr işə düşürlər və qarayaxmalara başlayırlar. Ancaq müstəqil Azərbaycana qarşı belə qarayaxmalarla heç nə əldə edə bilməyəcəklər"- deyə, Ü.Quliyev qeyd edib.
Digər Xəbərlər
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31
2024-12-28 23:42:42
2024-12-28 23:41:59
2024-12-28 22:51:21