Azay Quliyev Riqa sammitindən
15:45 19-05-2015
CƏMİYYƏT
Azay Quliyev Riqa sammitindən
Azərbaycanın gözləntilərini açıqladı
Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının üzvü Azay Quliyev mayın 21-22-də Avropa İttifaqının liderləri və şərq tərəfdaşları ölkələri rəhbərlərinın iştirakı ilə Riqada keçiriləcək "4-cü Şərq Tərəfdaşları Sammiti"ndən Azərbaycanın gözləntilərini açıqlayıb.
A.Quliyev mətbuata açıqlamasında qeyd edib ki, Avropa İttifaqı bu zirvə toplantısını təşkil etməklə "Şərq Tərəfdaşlıq Proqramı"nın (ŞTP) ittifaq üçün hələ də əhəmiyyət kəsb etdiyini bildirmək və bu layihəyə dəstəyini təkrar ifadə etmək istəyir:
"Bu sammitin keçirilməsini həm də Azərbaycan, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistanın daxil olduğu ŞTP-ni xilas etmək cəhdi də adlandırmaq olar. Bu gün real mənzərəyə baxsaq, görərik ki, Avropa İttifaqının bu layihəsi ciddi böhran keçirir və demək olar ki, gələcək perspektivi şübhə altındadır. Belə ki, Ermənistan və Belarus şərq tərəfdaşlıq proqramının prinsip və məqsədləri ilə ziddiyyət təşkil edən Rusiyanın Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə qoşulmaqla faktik olaraq bu layihədən çıxmış oldular. Azərbaycan isə ərazi bütövlüyünün dəstəklənməsi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin dəyişdirilməməsi kimi həyati əhəmiyyət daşıyan müddəaların Avropa İttifaqının təklif etdiyi assosiasiya sazişində nəzərə alınmamsına etiraz əlaməti olaraq bu sənədi imzalamaqdan imtina etdi. Ukrayna, Gürcüstan və Moldovanın isə istəkləri nəzərə alındığına görə onlar Avropa İttifaqı ilə assosasiya sazişini imzaladılar".
A.Quliyevin sözlərinə görə, göründüyü kimi, ŞTP iştirakçısı olan 6 ölkə içərisində yalnız Azərbaycana qarşı ayrı-seçkilik və ədalətsizlik edilib və milli maraqlarımız Avropa İttifaqı tərəfindən nəzərə alınmayıb:
"Buna isə təəssüflənməmək və üzülməmək mümkün deyil. Ona görə ki, ölkəmiz 2009-cu ildə bu təşəbbüsə qoşulanda ümid edirdik ki, Avropaya inteqrasiya yolunu tutmuş Azərbaycanın etdiyi bu strateji seçim Brüssel tərəfindən adekvat qiymətləndiriləcək və milli maraqlarımızın təminatında Avropa İttifaqından haqq etdiyimiz dəstəyi ala biləcəyik. Biz həm də ona görə belə düşünürdük ki, bütün təhdidlərə və risklərə rəğmən Azərbaycan Avropa İttifaqını alternativ enerji ilə təmin edən və götürdüyü beynəlxalq öhdəliklərə tam sadiqlik nümayiş etdirən yeganə tərəfdaş ölkədir. Təəssüf ki, bu gözləntilər özünü doğrultmadı və tam əksinə, bir çox hallarda ölkəmizə qarşı haqsızlığın, qərəzli mövqeyin və ikili standartların şahidi olduq".
Digər Xəbərlər
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56