Prezident İlham Əliyev və xanımı ümumdünya forumunun açılışında
15:47 19-05-2015
CƏMİYYƏT
Prezident İlham Əliyev və xanımı ümumdünya forumunun açılışında
Mayın 18-də Bakıda "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" mövzusunda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Sonra BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser, UNESCO-nun baş direktoru İrina Bokova, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış etdilər.
Daha sonra BMT-nin Dünya Turizm Təşkilatı baş katibinin turizm və sülh üzrə müşaviri, Orta Şərq üzrə regional direktoru Amr Abdel-Qaffar Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin təbrik məktubunu oxudu.
Açılış mərasimindən sonra UNESCO-nun və Böyük Britaniyanın "Tudor Rose" nəşriyyatının birgə əməkdaşlığı ilə Mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq Onillik münasibətilə çap edilmiş "Fərqliliklə razılaşaq" kitabının təqdimatı oldu.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etdilər.
UNESCO-nun baş direktoru İrina Bokova təqdimat mərasimində çıxış etdi.
Sonra baş direktor İrina Bokova Azərbaycan kəlağayı sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsini təsdiqləyən sənədi birinci xanım, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təqdim etdi.
Daha sonra beynəlxalq tərəfdaş təşkilatlar Forumun simvolu ilə mükafatlandırıldılar.
2012-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qəbul edilən qərar çox müdrik idi. Bunu isə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində bildirib.
Prezident bildirib ki, miqyasına görə Yay Olimpiya Oyunları ilə müqayisə edilən Avropa Oyunlarını cəmi 2,5 ilə təşkil etmək böyük vəzifədir.
İlham Əliyev qeyd edib ki, Avropa Olimpiya Komitəsinin bu Oyunları dünyada ilk dəfə olaraq əhalisi müsəlman olan Azərbaycanda təşkil etmək qərarı son dövrlərin ən müdrik qərarlarından biri idi.
Dövlət başçısı əlavə edib ki, Oyunlar 6 mindən çox avropalı idmançını bir araya gətirəcək və ölkə bütün hazırlıq işlərinin yekunlaşması prosesindədir.
Prezidentin sözlərinə əsasən, Oyunlar təkcə böyük idman hadisəsi deyil, həm də Azərbaycan üçün ölkəni və öz qonaqpərvərliyini göstərmək imkanıdır: "2017-ci ildə bizdə İslam Həmrəylik Oyunları keçiriləcək. Bununla da iki il ərzində bir ölkədə, bir şəhərdə Avropa və İslam Oyunları təşkil ediləcək. Və bu çox güman ki, Avropa idmanının tarixində yeganə hal olacaq".
Digər Xəbərlər
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51