Milli Şura iflasını qəbul etdi
05:58 20-05-2015
CƏMİYYƏT
Milli Şura iflasını qəbul etdi
Radikal müxalifət birliyi artıq üçüncü dəfə mitinq keçirməkdən boyun qaçırdı
Milli Şura mayın 23-də aksiya keçirməyəcək. "Unikal"ın məlumatına görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib ki, onlar aksiyanın mayın 23-də keçirilməsi il bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təklifini qəbul etməyiblər.
F.Qəhrəmanlı deyib ki, bu barədə qərar bu gün Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısında verilib. Milli Şura mayın 31-də aksiya keçirilməsi ilə bağlı qərar qəbul edib. Mayın 18-də bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək.
Qeyd edək ki, BŞİH Milli Şuranın mitinq keçirməsi ilə bağlı müraciəti müsbət cavablandırıb və mayın 23-də saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinqin keçirilməsinə razılıq verib. Lakin Milli Şura bu tarixdə aksiya keçirməkdən imtina edib.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Azərbaycan İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı deyib ki, Milli Şuranın təklənməsi, dəstəksiz-dayaqsız qalması, təsiretmə mexanizminin olmaması konsepsiyalarının müasir dövrün tələblərinə, insanların baxış bucağına, düşüncə tərzinə hesablanmadığından məhdud çərçivədə böyük işlərə nail olmağa imza atmaq niyyətindədir.Onun sözlərinə görə,səbəblər çoxdur: "Ən başlıcası situasiyalarda, hərəkətlərdə halların dəyişməz olması daim radikal və barışmaz mövqedə olmaqları, Milli Şurada təmsil olunanların az qala, 30 ildir müxalifət düşərgəsində eyni simalarla, eyni,düşüncə, eyni taktika ilə uğur qazanmaları real görünmür. MŞ-da fərqli hədəfdə olduqları üçün müxalifət düşərgəsini düşünən beyin mərkəzlərini fəth edib özlərinə cəlb edə bilməyiblər. Belə həssas məsələlərdə çox ehtiyatlı olub, hamının maraqlarını hesablayıb və orta xətti tutmaq məsələsi hələ də açıq qalıb. Mənim MŞ-ya müxalif fikirlər sərgiləməyim onların fəaliyyətlərinə qara salmaq və aşağılamaq niyyətimdən deyil və ancaq və ancaq yardımçı olmaq istəyimdəndir. Hədəflər kiçik olduqca dözümsüzlük və narazlıq və narahatçılıq Milli Şuranın nüfuzuna ciddi təsir edib, gözdən salır. İnsanların duyğularına təsir etmək üçün hesablanmış addımların atılması da uğursuz nəticə verir".
Partiya sədri hesab edir ki, Milli Şura yarandığı gündən bu günə kimi səhvlər edə-edə gedir və daha çox yanlış fikirləri ilə meydan istəyirlər. Onun fikrincə, Azərbaycanın indiki siyasi-iqtisadi, hərbi durumu, gələcəyi reallığı əks etdirmir deyə nə xalq, nə müxalif düşərgə, nə də ziyali kimi tanınan alimlər korpusu tərəfindən dəstəklənmədiyindən piket və mitinq metodu ilə hakimiyyətə təsir etmək niyyətində olmaqdan başqa çarə tapmırlar: "Bu vaxta qədər milli birlik, barışıq və dialoq məsələsində bir addım belə irəli gedə bilməyənlərin mitinqdə nə deyiləsi sözləri olar və nə də insanları hətta haqlı sözləri deməkləri belə hərəkət sistemlərini yaratmaq mümkün olmur. Milli Şura milli maraqlara qrup eynəyi ilə baxmamalıdı. İqtidarı da özününkü, kimi bilib, səhv yollardan çəkinməsini istəməklə bərabər yardımçı addımlar da atmalıdırlar. Düşmənçilik kimi səslənən fikirlər elə də böyük olmayan məmləkətimizdə insanları inandırıb arxasınca apara bilməyib və bacarmazlar da. Hərakatın ictimailəşmə metodu tək mitinqlərlə məhdudlaşmır. Sosial şəbəkələr indi mitinqlərdən daha çox cəlbedicidir. Əsaslı-köklü, fərqli, yeni və dəyərli fikirlərin sahibləri ilə elə sosial şəbəkələrdə maarifləndirmə işləri aparmaq mümkündür. Bu şəbəkələrdə üz-üzə qalan dostlar sonda savaş- söyüş meydanına çevrilirlər. İç dünyalarındakı naqisliklər üzə çıxır.Xalq tanıdıqca dinc mitinqlərə də gəlmir. Mitinqlərisə görüntü xarakter daşıdığından orada danışılanlar artıq yorucu xarakter daşıyır. Camaat Allah sözünü dinləmək belə istəmədikləri halda mitinqlərin yeri və vaxtının heç əhəmiyyəti də yoxdur. Ölkəmizin indiki həssas vaxtında mitinq savaşına çıxmağa lüzum bilmirəm".
AMİP Siyasi Şurasının üzvü Əli Orucov "Unikal"a açıqlamasında deyib ki, prinsipialsızlıq insanları ruhdan salır. Onun sözlərinə görə, onsuz da cəmiyyət özünü kütləvi etiraz aksiyalarından, siyasi proseslərin iştirakçılığından kənar tutur: "Bu aksiyaların keçirilməsinə zərurət duyurlarsa keçirilməlidir, qərar verilibsə o qərarın üzərində durulmalıdır. Bəzilərinin dediyi kimi sosial sifariş yoxdursa aksiya barədə elan verməyə də gərək yoxdur. Hakimiyyətlə mitinq oyunu oynamaq həmin qurumun qərarsızlığını və özünəgüvəninin az olmasından qaynaqlandığını düşünürəm. Məncə, milli şura qəti qərar verməlidir. Hakimiyyət qarşısından qeri çəkilməməlidir. Bu ictimai rəydə mənfilik yaradır. Kütləviliyin alınmamasından, iştirakçıların azlığından narahat olmağa dəyməz.Əsas odur ki, insanlar arasında mübarizlik ruhu və etiraz səsini qaldırmasına sövq etməyə nail olunsun. Milli Şura qəti addımlar atarsa daha çox etirazçı cəlb edə bilər. Bunu da nəzrə almalıdırlar".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51