Mübariz Qurbanlı: "Şirkətlərə Ümrə və digər ziyarətgahlara səfərlərin təşkili ilə bağlı lisenziya üçün rəyi Komitə verəcək"
06:04 20-05-2015
CƏMİYYƏT
Mübariz Qurbanlı: "Şirkətlərə Ümrə və digər ziyarətgahlara səfərlərin təşkili ilə bağlı lisenziya üçün rəyi Komitə verəcək"
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı xarici ölkələrə dini ziyarətlərin təşkili üçün lisenziyasının verilməsi qaydalarının dəyişdirilməsinə görə Komitə ilə Qafqaz Müsəlmanları İdarəsi arasında hansısa gərginliyi yarana biləcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib.
Mübariz Qurbanlı bildirib ki, QMİ-nin təşkil etdiyi Həcc ziyarəti ilə bağlı Komitənin rəyinə ehtiyac olmayacaq. O qeyd edib ki, ümumiyyətlə, bu məsələnin QMİ-nin təşkil etdiyi Həcc və Ümrə ziyarətlərinə aidiyyəti yoxdur: "Həcc ziyarəti turistik ziyarət deyil və Həcc ziyarətinin təşkili də yalnız QMİ-yə məxsusdur. Amma hansısa turistik şirkətlər Ümrə və digər ziyarətgahlara səfərlər təşkil edirsə, lisenziya alan zaman rəy üçün bizə müraciət etməli olacaq".
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq, xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər"ə 22.4-cü bənd əlavə edilib. Yeni bəndə əsasən, xarici ölkələrdə yerləşən ziyarətgahlara turlar nəzərdə tutan turizm fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi tələb olunacaq.
Digər Xəbərlər
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51