Ermənistanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, hakim Respublika Partiyasının deputatı Artaşes Qeqamyan avqustda Parisdə Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin görüşünün təşkil oluna biləcəyini bəyan edib.
Unikal.org-un news.am saytına istinadən verdiyi məlumata görə, A. Qeqamyan deyib ki, bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin keyfiyyətcə yeni mərhələyə yüksələcəyinə ümid edirlər.