Rusiyada müsəlman əhali üçün üzərində spirtinin miqdarı "0 olaraq göstərilən "araq istehsal olunacaq. Buna qədər isə bir çox müsəlman ölkələrində "hacı pivəsinin satışına rəsmi icazə verilib.
Bəs Azərbaycandakı dindarlar bu "araqın istehsalına necə baxır?
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli Modern.az saytına açıqlamasında bu addımı məqbul saymayıb:
"Əvvəl spirtsiz pivə istehsal etdilər, indi də spirtsiz araq. Özləri bilər, yəni bu Rusiyanın öz işi, öz problemidir. Amma hər halda hesab edirəm ki, bu, məqbul fakt deyil. Onun tərkibində spirt olmayacağı bəlli deyil. Çünki, həmin arağın hazırlanması üçün mütləq ora spirt qatılacaq. Mən inanmıram ki, Rusiya tam spirtsiz araq istehsal edə.
Kim yoxlayacaq, kim buna təminat verəcək ki, tərkibində spirt yoxdur?
Əvvəla arağın adı var. Yəni içən bilir ki, araq içirsən. Daha spirtli ya spirtsiz, bunun nə fərqi olacaq?... "
İlhiyyatçı Elşad Miri də saytımıza açıqlamasında "spirtsiz araq istehsalını xoş qarşılamayıb.
"Əvvəl spirtsiz pivə, çaxır, şampan çıxartdılar, deyəsən, indi də növbə arağa çatıb. Bu nə dərəcədə mümkündür, bu haqda heç nə deyə bilmirəm. Ümumiyyətlə, müsəlmanların belə şeylərdən çəkinməyi daha yaxşıdır.
Bu içkiləri içməkdə məqsəd nədir? Hesab edirəm ki, onların tərkibində spirt olmasa belə, spirtliyə öyrəşdirə biləcək bir mahiyyət var. Ona görə də, belə şeylərdən uzaq olmaq yaxşıdır.