Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində reyd keçirilib.
Unikal.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin saytına istinadən bildirir ki, əməliyyat-axtarış tədbirləri ETSN və Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əkilən və ya yabanı halda bitən narkoxassəli bitkilərin aşkar edilməsi məqsədilə aparılıb.
Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2016-ci il üçün "İş Planı çərçivəsində birgə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Zaqatala Dövlət Təbiət Qoruğunun Gərəkli sahəsinin 9 saylı dolayının 8 yerində müxtəlif ölçülərdə aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə bitkisi olduğu güman edilən kollar aşkar edilib. Eyni zamanda, sözügedən ərazidə 3 polietilen örtüklü kiçik istixanada çoxlu sayda kiçik ölçülü narkotik xassəli bitki, 2 yerdə isə çadırdan düzəldilmiş 2 sığınacaq müəyyən olunub.
Faktla bağlı müvafiq araşdırmalar aparılır.