Rusiya baş naziri Dmitri Medvedyev Türkiyə ilə hava nəqliyyatının bərpa olunması ilə bağlı təkliflərin hökumətə təqdim olunması üçün Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyi və bu sahə ilə məşğul olan digər nzirliklərə 1 həftə vaxt verib.
Unikal.org rus KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin rəsmi saytında məlumat yerləşdirilib.
Nazirliklərə həmçinin, nəqliyyat təhlükəsizliyini təmin etmək, terror təhlükəsinin yüksək olduğu rayonlara reyslərin həyata keçirirlməməsi haqda tapşırıq verilib.