Bakıda avqust ayında baş tutacaq Azərbaycan-İran-Tusiya görüşünün yekunlarına əsasən üçtərəfli sənəd imzalana bilər. 
Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, bunu «Tehran Times» qəzeti yazıb.

Daha öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov «RİA Novosti»yə Vladimir Putinin avqust ayında Bakıya səfərinin üzərində «iş getdiyini» bildirmişdi.

«Ruhani avqust ayında Azərbaycana iki günlük səfər edəcək. Bakıda Rusiya, İran və Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi və üçtərəfli sənədin imzalanması gözlənilir. Həmçinin prezidentlərin təkbətək görüşləri də planlaşdırılır. Bakıdakı görüşdə üçtərəfli münasibətlərin perspektivlərinin müzakirəsi nəzərdə tutulur», - qəzet yazır.