Sabah Vyanada Minsk qrupunun iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr olacaq.
Bu barədə Minsk qrupunun amerikalı həmsədri özünün "Twitter" səhifəsində yazıb.
"Sabah ATƏT-in Minsk qrupu həmsədrləri Vyanada qrupun üzvlərini prezidentlərin görüşünün nəticələri və gələcək addımlar barədə məlumatlandıracaq",-deyə o bildirib.
Sabah ATƏT-in Minsk qrupu həmsədrləri Vyanada Qrupun üzvlərini prezidentlərin görüşünün nəticələri və gələcək addımlar barədə məlumatlandıracaq