Azərbaycanı Avropa İttifaqı "Şərq Tərəfdaşlığı proqramının iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinin 7-ci qeyri-rəsmi görüşündə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək.
Unikal.org xəbər verir ki, bu barədə APA-ya XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib.
Xatırladaq ki, görüş iyulun 11-12-də Kiyevdə keçiriləcək. Toplantıda Aİ-nin qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han, daxili bazar, sənaye, kiçik və orta sahibkarlıq üzrə komissarı Elizabeta Bienkovska və xarici siyasət xidməti baş katibinin müavini Helqa Şmidt, eləcədə "Şərq Tərəfdaşlığı ölkələri xarici işlər və iqtisadiyyat nazirləri iştirak edəcək.