Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin və "Qız Qalası hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Sazişi təsdiq edib.

Unikal.org-un məlumatına görə, dövlət başçısı, həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Çərçivə Sazişini təsdiq edib.

Hər iki sənəd 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanıb.