Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini yüksək dəyərləndiririk. Bu istiqamətdə hazırda ən aktiv dinamika müşahidə olunur".
Unikal.org apa-ya istinadən məlumatına görə, bunu bu gün Azərbaycan prezidentiİlham ƏliyevBakıda işgüzar səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.
Dövlət başçısı bildirib ki, bu səfər Rusiyanın münaqişənin tənzimlənməsində maraqlı olduğun göstərir: "Biz də münaqişənin tezliklə həllində maraqlıyıq.
Lavrov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində proses gedir.
O bildirib ki, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq görüşünün nəticələrini yüksək qiymətləndirir: "Mən Ermənistan və Azərbaycana Rusiya prezidentinin tapşırığı ilə səfər edirəm. İnanıram ki, bu görüş münaqişənin tənzimlənməsi istiqamətində gələcək addımları müəyyənləşdirəcək.