Prezident İlham Əliyev "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Unikal.org xəbər verir ki, dəyişikliklərə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1-ci hissəsinə aşağıdakı məzmunda 1.11-ci bənd əlavə edilir:

"1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar..
Siyahının 2-ci hissəsində isə aşağıdakı dəyişikliklər edilir:

2.1. 2.3-cü bənddə "yaşayış evlərinə sözlərindən sonra "və (və ya) onların yerləşdiyi torpaq sahələrinə sözləri əlavə edilsin;

2.2. 2.4-cü bənddə "texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və sözləri çıxarılır.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.