Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasındakı çıxışı zamanı prezident İlham Əliyev ünvanlı sosial yardımlar haqda da danışıb.
Unikal.org-un məlumatına börə, prezident bildirib ki, ünvanlı sosial yardımlar insanlarda asılılıq yaradır və bu da gələcəkdə təhlükəli ola bilər.
"Bəzi insanlar dövlətdən yardım aldıqlarına görə işləməyə həvəs göstərmirlər. Gələcəkdə dövlət aztəminatlı ailələrin dəstəklənməsi üçün ünvanlı sosial yardımın formalarına dəyişiklik edə bilər, - deyə dövlət başçısı qeyd edib.
İlham Əliyev deyib ki, dövlət aztəminatlı ailələrə öz bizneslərini yaratmaq üçün dəstək verəcək, bu da ünvanlı sosial yardımdan asılılığı azaldacaq.