"Cəbhə xəttindəki aprel hadisələri və onun bir çox KİV-lər tərəfindən düzgün işıqlandırılması hələ də kimlərinsə "həll olunmamış hesab etdiyi "bizim torpaqları kim işğal edib - Qarabağ "patriotları yoxsa, Ermənistan silahlı qüvvələri? Qarabağ müharibəsi lokal separatçı hərəkatdır, yoxsa xaricdən yönləndirilmiş qonşu dövlətin böyük miqyaslı təcavüzünün nəticəsi? suallarına aydın cavab verdi.
Bu sözləri Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev yazdığı "Azərbaycan diasporası: Müasir çağırışlar və sistemli fəaliyyətin təşkili adlı məqaləsində qeyd edib.
R. Mehdiyevin sözlərinə görə, erməni lobbisi uzun illər bütün səviyyələrdə subut etməyə çalışırdı ki, Qarabağ münaqişəsi "qarabağ ermənilərinin azadlıq hərəkatıdır. Halbuki, Dağlıq Qarabağın erməni icması Ermənistandan və xaricdən kömək olmadan Azərbaycan ərazilərinin 20 faizini işğal etmək gücündə deyildi: "Bu fonda diaspora Azərbaycan həqiqətlərinin yaylmasında mühüm rol oynamalıdır. Diaspora xarici vətəndaşlara Qarabağ münaqişəsinin əsl səbəblərini başa salmalı, xalqımızn tolerant və vətənpərvərliyini çatdırmalıdır.
Azərbaycan diasporası qarşısında duran vəzifələrə toxunan akademik Ramiz Mehdiyev yazıb ki, bugünkü diaspora təkcə bu və ya digər səbəblərdən xaricdə yaşayan həmvətənlər deyil: "Bu, yaşadığı yerdə çox məsələnin həllinə nail ola biləcək güclü ictimai-siyasi qüvvədir. Diaspora milli maraqlarımızın müdafiəsi, potensial müttəfiqlər və tərəfdaşlar uğrunda mübarizədə forpostdur.