Rusiyanın Yekaterinburq şəhər məhkəməsində azərbaycanlı futbolçu Emil Hüseynovu qətlə yetirməkdə ittiham olunan erməni Tiqran Çiçakyanın məhkəməsi davam edib.
Yerli KİV-lərin məlumatına görə, prokuror Çiçakaynın 13 il azadlıqdan məhrum olunmasını tələb edib.
Məlumata görə, Hüseynovun ölümüylə bağlı hadisə keçən ilin aprelində Yekaterinburq şəhərində yerləşən "U Saşi kafesində baş verib. Mübahisə zəminində Çiçakyan azərbaycanlı futbolçunu bıçaqla qətlə yetirib.