"Xəzər dənizində stabillik və təhlükəsizlik region ölkələri üçün fundamental əhəmiyyət kəsb edir. Su hövzəsindən ancaq sülh məqsədləri ilə istifadə edilməsi məqsədinə sadiq olmalıyıq".
Unikal.org APA-ya istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib. O bildirib ki, danışıqlarda müşahidə olunan ümumi qarşılıqlı anlaşma atmosferi nəticələrlə bağlı daha çox optimizm vəd edir. Nazir ətraf mühitin qorunmasının vacibliyini də vurğulayıb və dövlətləri bioloji resurslardan qeyri-rasional istifadə etməkdən çəkinməyə çağırıb.
M. C. Zərif Xəzəryanı dövlətləri daimi regional orqan yaratmağa çağırıb: "Onun tərkibi, vəzifələri və səlahiyyətləri Xəzəryanı dövlətlər arasında birgə məshələtləşmələr yolu ilə müəyyən edilə bilər".