«Azərbaycan Hava Yolları» aviaşirkəti dünyanın ən yaxşı 100 aviaşirkəti sırasında yer alıb. 
Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, aviaşirkətlərin və hava limanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin öyrənilməsində ixtisaslaşmış «Skytrax» konsaltinq şirkətindən verilən məlumata əsasən, «TOP-100»də AZAL 70-ci yerdədir.
Reytinqdə ilk yeri «Emirates» aviaşirkəti tutub. İlk üçlüyə həmçinin «Qatar Airways» və «Singapore Airlines» daxildirlər.
«Türkiyə Hava Yolları» dünyanın ən yaxşı aviaşirkətləri arasında 7-cidir.
Rusiya şirkətləri arasında ən yaxşı göstərici «Aeroflot»dadır -” 40-cı yer. «TOP-100»də digər postsovet ölkələrinin nümayəndələri yoxdur.