ABŞ Hərbi-Hava Qüvvələri hava zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının Əfqanıstan və Pakistandakı lideri Ömər Xəlifəni məhv edib.
Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib.
Onun sözlərinə görə, hava zərbəsi Nanqarxar əyalətində endirilib: "Ömər Xəlifə ilə birgə "İŞİD-Xorasan qruplaşmasının 4 üzvü də məhv edilib. Öldürülən şəxs Pakistanda bir sıra terror aktlarının təşkilatçısı olub. O, 2016-cı ildə Baça-Xan şəhərində universitetə, 2015-cı ildə Badaber şəhərində hərbi bazaya, 2014-cü ildə isə Peşəvər şəhərində məktəbə edilən hücumlara bilavasitə rəhbərlik edib, deyə P.Kuk bildirib.